starxeber.az xəbər verir ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.
Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir. Faktla bağlı araşdırma aparılır.