» » Emil Balayevin yeni baş məşqçisi erməni oldu


Qazaxıstanın "Tobol” klubunun yeni baş məşqçisi bəlli olub.  

Milli komandamızın qapıçısı Emil Balayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi erməni Qriqori Babayana tapşırılıb. 



Bu barədə Kostanay təmsilçisinin rəsmi saytı xəbər yayıb.  

Amma onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib. 

Qeyd edək ki, Babayan bundan əvvəl "Astana”da "Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib. 
 
///Oxu.Az