» » "Bəyəndiyim qadınla rahat danışa bilirəm" -


Uludağda konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Sərdar Ortaç açıqlamaları ilə diqqətləri üzərinə çəkib.

Sənətçi tamaşaçılarla söhbət edərkən, evlilik məsələsinə də toxunub:

"Evlilik dünyanın ən gözəl şeyi də olsa, heç kimə baxa bilmirsiniz. Kimsə ilə səmimi davrana bilmirsiniz. Mən subayam və indi bəyəndiyim hər qadınla rahat danışa bilirəm. Ona görə, subaylıq sultanlıqdır".

Qeyd edək ki, S.Ortaç irlandiyalı model Xloye Louqnan ilə 5 illik evliliyini avqustda bitirib.

//axsam.az