» » Ronaldonun toyunda qalmaqal çıxaran model ölü tapıldı -


Dünyaca tanınmış model Karolin Bittenkurtdan sevənlərinə üzücü xəbər gəlib.

starxeber.az xəbər verir ki, Karolinin iki ev heyvanı gəmidə gedərkən okeana düşüb.

Fırtına olmasına baxmayaraq, Karolin də onları qurtarmaq üçün özünü gəmidən okeana atıb.

Modelin həyat yoldaşı Corg Sestini də onların ardınca gedib. Okeanda itən modelin cəsədi bir neçə saatdan sonra tapılıb.
Onun həyat yoldaşını isə helikopterlərlə xilas ediblər.

Xatırladaq ki, Karolin tanınmış futbolçu Ronaldonun toyundan qovulması ilə gündəmə gəlmişdi.