» » Pornosu yayılan aparıcının verilişi bağlandı


Xəbər verdiyimiz kimi, ötən gün porno videosu yayılan aparıcı Ülvi Həsənli ARB TV-dən uzaqlaşdırılandan sonra verilişdə onu şairə Nazilə Səfərli əvəzləyəcəkdi.
 
starxeber.az Primetime.az-a istinadən  xəbər verir ki, Səfərli özü məlumat yayaraq qeyd edib ki, o, "Üç əlli"nin yerinə yaranmış "Ona qalsa" verilişində aparıcılıq edəcək. Sözügedən veriliş həftəiçi beş gün efirdə gələcək.
 
"Həyatda öncədən kimi nə vaxt, nə ilə müjdələyəcəyini bilə bilməzsən. Bildiyim bir şey var, lazım olan vaxt, lazım olan yerdə olmalısan. Məndə bu potensialı gördüyü, güvəndiyi üçün başda Rəşad müəllim olmaqla, ARB komandasına təşəkkür edirəm. İnamınızı nitqimlə, əzmimlə doğrultmağa söz verirəm!"- deyə Nazilə qeyd edib.