закрыть
Test

Test2

Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi:  Mehmanın dairəsindən

Sosial 24-dek, 12:21 58
Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Nəticəsi ən çox gözlənilən dairələrdən biri də 31 saylı Qaraçuxur seçki dairəsi idi. 

Bu dairənin qalibləri arasında Qafarov Corc XXX oğlu da var.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bu şəxs tanınmış müğənni Roza Zərgərlinin övladıdır.

Müğənni saytımıza açıqlamasında faktı təsdiqləyib: "Bəli, Corc namizədliyini vermişdi, indi də qalib oldu. İnşALLAH bələdiyyənin sədri də seçilər".

Qeyd edək ki, Corcun 23 yaşı var. O hazırda aktyor kimi fəaliyyət göstərir. 

Məlumat üçün qeyd edək ki, tanınmış bloqqer Mehman Hüseynov da həmin dairədən namizəd idi. 


///azxeber.com
Oxşar xəbərlər

SON XƏBƏRLƏR