» » "Bahalı maşını olan müğənnilər mənə "salam" vermirdi" -


"4 il dalbadal konsert verdim. Amma verilişlərdə bu haqda danışılmadı. Bir dəfə xanım ifaçılardan biri qayıtdı ki, "Tamaşaçı toplamağa görə qəti narahat deyiləm. Məni izləyənlər çoxdur". Ona cavab verdim ki, sənin yerinə olsaydım, on gün dayanmadan konsert verərdim. getdi həmin xanım konsert verdi, 500-600 tamaşaçı topladı".

Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Hər şey daxil" verilişində deyib. Xanəndə konsertlərindən söz açıb. Elnarə bildirib ki, solo konsertlərində sponsorluğu özü edib:

"Konsertimə gələn hər bir tamaşaçı mənim sponsorum idi. Onlar olmasaydı, orada konsert verə, rahat danışa bilməzdim. Camaat necə mənə hörmət edir, mən də 10 qat camaata elə hörmət edirəm.


Hərdən toylarda görmüşəm ki, bəzi oxuyanlar onlarla şəkil çəkdirmək istəyən camaatı o qədər qəribə jestlə rədd ediblər. İnan Allaha, mən onların yerinə utandığımdan yüz dəfə yerin altına girib çıxmışam. Bizi biz edən, sənətçi edən xalqdır. Xalqla necə gəldi davranmaq olmaz. Biz hər birimiz xalqın, camaatın əlinə baxırıq. Sən bu xalqa necə yuxarıdan aşağı baxa bilərsən? Naşükür olmayaq".


Elnarə şou-biznes nümayəndələrindən gileylənib:
"Bir ayaqqabını 10 il geyindim. Müəyyən oxuyanlar forslanırdı, yanımdan o yana, bu yana keçirdilər. "Salam"da vermirdilər. Çünki bahalı maşınları var idi. Nə oldu? Maşınım da, evim də oldu. Gedib qayıtmayan bircə qeyrət və vicdandır. Allah adama hər şey qismət edir, özünüzdən muğayət olun".


axsam.az