» » "Instagram"da böyük dəyişiklik, artıq...


Artıq hamı "like" sayını görməyəcək

Foto paylaşım şəbəkəsi olan "Instagram" böyük dəyişiklik etməyə hazırlaşır. İstiPress-in məlumatına görə, şəbəkənin ən əsas elementi hesab edilən "like" (bəyənmə) sayları yığışdırılacaq.

"İnstagram"ın yeni ekran görüntüsünün hələ uzun müddət müzakirələrə səbəb olacağı gözlənilir. 

Belə ki, artıq fotolara qoyulan bəyənmələrin (like) sayı görünməyəcək. Bu sayı ancaq fotonu yerləşdirən istifadəçi özü müşahidə edə biləcək. Bu yolla "İnstagram" istifadəçilərin ancaq "like" sayına fikir vermələrini aradan qaldırmağa çalışır. 

Belə ki, fotolar, videoların altındakı bəyənmə sayı artıq istifadəçilərindən birinin adı digərləri ifadəsi ilə əvəz ediləcək. 

Yeniliyin tədbiqinin vaxtı dəqiq bilinməsə də, bunun uzaq olmadığı aydındır.