» » Hicabı təhqir edən aktrisa yenidən hakim qarşısında


Məşhur türk aktirsası Deniz Çakırın növbəti məhkəmə günü bəlli olub.

Hicablı qadınları təhqir etməsi iddiası ilə haqqında istintaq başlayan aktrisa 8 oktyabrda yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Dəniz bir müddət öncə getdiyi bir kafedə 6 hicablı qadına yaxınlaşaraq "Nə gəzirsiniz burada? Səudiyyə Ərəbistanına gedin" sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.

///Axsam.az