» » Aygünün transparan sevgisi -


Tez-tez fərqli stilləri ilə pərəstişkarlarını təəccübləndirməyi sevən Xalq artisti Aygün Kazımova bu dəfə də öz ənənəsinə sadiq qalıb.


STATXEBER.AZ  xəbər verir ki, sənətçi yeni fotosessiyası üçün türk məşhurlarının işlədiyi tanınmış fotoqraf  Erman İştahlının obyektivinə   qarşısına keçib.

Cəsarətli və seksual qadın obrazını  transparan libasda  canlandıran ulduzun stili üzərində dünya şöhrətli azərbaycanlı modelyer, “Afffair” brendinin yaradıcısı Rüfət İsmayıl və türkiyəli stilist Zeynəb Şimşək çalışıb.