закрыть
Test

Test2

"Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridi" -  Vaqner da Silva

İdman 09-yan, 10:32 10
Bura uyğunlaşmağım çətin olmadı.

STARXEBER.AZ matc.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Vaqner da Silva deyib.



Artıq il yarımdı Ağdam klubunun şərəfini qoruyan braziliyalı qolkiper ölkəsinin mətbuatına açıqlama verib. 34 yaşlı Vaqner uyğunlaşma dönəmini çoxdan geridə qoyduğunu vurğulayıb.

O, "Qarabağ"ı çox sevdiyini söyləyib: "Beynimdə hər zaman belə bir fikir olur ki, yeni mədəniyyətə uyğunlaşa, adətlərimi dəyişə bilməyəcəm. Ancaq heç də belə olmadı. Həyat yoldaşım və qızım Azərbaycanı çox sevir. Çox yaxşı təşkilatlanmış klubda çıxış edirəm. İnsanlar düzgündü və fantastik heyəti var".

Azərbaycan barədə müsbət fikirlər səsləndirən "sambaçı" Bakıdan da heyranlıqla danışıb: "Bakı gözəl şəhərdi. Ölkəni az adam tanıyır, amma dünyanın ən təhlükəsiz yerlərindən biridi. Azərbaycana gələn hər bir əcnəbi özünü çox yaxşı hiss edir. Müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdəki kimi sərt deyillər".

Vaqner da Silva "Qarabağ"dakı debütünü hələ də unuda bilmir: "Qarabağ" karyerama böyük sürprizlə başladım. Gəldim və artıq dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim. Praktiki baxımdan məlumatsız olduğum üçün bu, karyeramın ən diqqətəlayiq işlərindən biri idi. Sponsorum istənilən halda Azərbaycana göndərəcəkdi. Köhnə əlcək və köhnə buts var idi, oyun günü yağış yağırdı və biz qalib gəldik, üstəlik, qol da buraxmadım".

Qeyd edək ki, Vaqner da Silvanın "Qarabağ"la müqavilə müddəti mövsümün sonuna qədərdi.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR