» » Vüqar Muradov qəza xəbərindən danışdı: "Şokdayam" -


"Bir neçə saat öncə mediada haqqımda qəza xəbəri yayılıb. Ad, soyad eyni olsa da, həmin şəxs mən deyiləm".

Bu sözləri BiG.AZ-a açıqlamasında tanınmış müğənni Vüqar Muradov bildirib. Müğənni sözügedən şəxsin yaxınları ilə danışdığını açıqlayıb:


"Düzdür, mənə oxşayır və hazırda Maştağada xəstəxanada yatır. Həmin şəxs Muradov Vüqar Fərhad oğludur, mən isə Murad oğluyam. Sözügedən oğlan ağır qəzaya düşüb və ciddi xəsarət alıb. Hazırda onun əməliyyatı üçün pul toplanılır. Özüm şokdayam. Oğlanın dostu ilə danışdım. Mənə bildirdi ki, istəsəniz yeni şəkillərini göndərərik. Yəni biz sizin adınızdan istifadə etməmişik".

Şahidə Tapdıq