» » Xalq artisti erməni ilə eyni səhnəyə çıxmaqdan imtina etdi


Xalq artisti, tenor Yusif Eyvazov erməni musiqiçi Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.

starxeber.az xəbər verir ki, bu barədə məşhur “Forumopera” saytı məlumat yayıb.

Bildirilir ki, onların 7 fevralda Drezden Opera Ballında birlikdə səhnədə çıxışları gözlənilsə də, Y.Eyvazov siyasi səbəblərlə təklifi geri çevirib.

Qeyd edək ki, sənətçinin imtinasından sonra erməni musiqiçi konsertə qatılmayacaq.