закрыть
Test

Test2

Bu gün saat 10:00-dan sonra bu ərazidə qaz olmayacaq 

Sosial 23-yan, 10:18 16
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və paytaxt ətrafında aparılan quruculuq və abadlıq işləri çərçivəsində tərtib olunan proqram əsasında qaz təchizatı şəbəkəsində müəyyən dəyişikliklər edir.

"Azəriqaz”dan STARXEBER.AZ-a verilən məlumata görə, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində "Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək.



Bu işin icrası zamanı bu gün səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, "Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR