» » Hicablı qadınları təhqir edən aktrisa hakim qarşısına çıxacaq


Hicablı qadınları təhqir etdiyi üçün məhkəməlik olan aktrisa Deniz Çakırdan xəbər var.

starxeber.az xəbər verir ki, aktrisa oktyabr ayında hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Deniz Çakırın bu səbəbdən həbs olunacağı ehtimal olunur.

Xatırladaq ki, Deniz getdiyi kafedə yan masada oturan hicablı qızları təhqir edərək, "Sizin yeriniz bura yox, Ərəbistandır" demişdi.