» » Nazilədən Tolikə: “Keçmişimdən utanmıram” -


Ötən gün prodüser Tarix Əliyev (Tolik) və şairə Nazilə Səfərli arasında qalmaqal yaşanmışdı.

Tolik doğum gününü qeyd edən sənətçinin arxiv fotosunu paylaşaraq “sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan” sözlərini yazmışdı.

Nazilə Səfərlinin də prodüserə cavabı gecikməyib.
Arxiv görünütüsünü yayımlayan şairə “19 yaşımda qızıl dişlərim də olub. Keçmişimdən utanmıram. Dəyişən sadəcə yaşımdır” sözlərini yazıb.

Qeyd edək ki, Toliklə şairə arasında bir neçə ay öncə də qalmaqal yaşanmış, tərəflər daha sonra barışmışdı.


///axsam.az