» » Azərbaycanda zəlzələ oldu


Bu gün Mingəçevir şəhəri ərazisində maqnitudası 3,4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.