» » Güləş üzrə azərbaycanlı dünya çempionu Rusiyada həlak oldü


Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan

Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.
Midag.ru bildirir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat veriblər.

Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.

Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.