» » Elvinin yeni klipində məşhur çütlük çəkilib


Müğənni Elvin Mirzəzadə “Bu onun işidir” adlı mahnısına klip çəkdirib.

starxeber.az-ın məlumatına görə, bəstənin sözləri Adil Əmircan, musiqisi isə ifaçının özünə məxsusdur.

Mahnının aranjmanı  Elmin Təhməzə həvalə olunub.  Ekran işini rejissor Məmməd İsmayılov  lentə alıb.

Ekran işində Mirzəzadənin tərəf-müqabili məşhur Ülvi və Fatimə çütlüyüdür.