» » Azərbaycanın keçmiş xarici işlər naziri vəfat etdi


Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib.

Report-un xəbərinə görə, o, 82 yaşında İsveçrədə həyatını itirib.

Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı. 

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.