» » Sıla Demet Akalını “sildi”


Türkiyəli müğənni Demet Akalın rəfiqəsi, həmkarı Sılanın onu İnstaqramda izləmədən çıxarmasına münasibət bildirib.

D.Akalın “İkinci sayfa” verilişində məsələyə belə aydınlıq gətirib:

"Sıla mənim üçün dəyərlidir. Niyə belə etdiyini bilmirəm, amma mən ona hirslənmirəm və incimirəm. Evləndikdən sonra, ismarış yazdım, danışdıq. Həyat yoldaşı ilə bağlı olduğunu düşünürəm. Başqa bir aşpazın görüntüsünü paylaşmışdım, bəlkə də ona acıqlanıb. Niyə İnstaqramda izləmədən çıxardığını özündən soruşmaram. Buna görə ona qarşı olan sevgim də azalmaz”.

Xatırladaq ki, Sıla bir müddət öncə aşpaz Hazer Amani ilə evlənib.

///axsam.az