» » Oksana ilə Şəhriyarın dostluğu bitdi


Şou-biznesdə daha bir qalmaqal yaşanıb.

starxeber.az musavat.com-a istinadən xəbər verir ki, uzun illərdir dostluq edən rəqqasə Oksana Rəsulova ilə aparıcı Şəhriyar Əbilov münasibətinə son qoyub. Bir neçə aydır küsülü olan köhnə dostlar sosial şəbəkədə də bir-birini izləmədən çıxarıb.


Hətta Şəhriyarın həkim rolunu oynadığı, Oksananın filmi "Mələyin öpüşü"nün nümayişi ilə bağlı paylaşımına da rəqqasə reaksiya verməyib.

Cütlüyün münasibətinin pozulmasına səbəb şəxsi həyatlarıdır.

Qeyd edək ki, uzun illərdir dostluq edən və bir çox filmlərdə birlikdə rol alan Oksana ilə Şəhriyar sonuncu dəfə "Lal yuxu" serialında sevgili obrazını canlandırıblar.