» » Fevralda bu rayonlar donacaq -


Ayın birinci ongünlüyündə qarlı, küləkli hava gözlənilir

Fevral ayına olan hava proqnozu açıqlanıb. Qışın son ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2, respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. 

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti,  bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi yerlərdə 5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.   

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-24 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 5-10, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-4 dərəcə yüksəkdir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 11-29 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

 Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 8-10 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi yerlərdə 0-4 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-4 dərəcə yüksəkdir.   

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (25-35 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr  0-5 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. 

 Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-36 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 1-5 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüzlər 6-11, bəzi yerlərdə 0-2 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 24-55 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun  5-7 dərəcə isti (gecələr  3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə  0-2, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 44-105 mm) gözlənilir.