» » Mədəniyyət Nazirliyi müsabiqə elan edir!


Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2020-ci il üçün Mədəniyyət Nazirliyi müsabiqə elan edir.

starxeber.az xəbər verir ki, müsabiqə aşağıda müəyyən edilmiş tədbirlər üzrə aparılacaq.

1.Xalq yaradıcılığı və sənətkarlığın inkişafına dair təşəbbüslər
2.“Müasir dünyanın multikultural məkanı: Azərbaycan” mövzusunda tədbirlərin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi

3.Regionlarda mədəni-kütləvi tədbirlərin dəstəklənməsinə dair təşəbbüslər

Müsabiqədə iştirak etmək istəyən QHT-lər 2020-ci ilin mart ayının 03-dək ərizələrini müsabiqənin şərtlərinə  uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
Tədbirin keçiriləcəyi yer və tarix;

Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:

AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.
Tel: (012) 498-79-53
(012) 498-20-62

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Əlaqələndirici şəxs:
Elnarə Quliyeva
Email: qht.medeniyyet@gmail.com
Tel: (012) 498-79-53
(012) 498-20-62