» » Modelyer İvana Sert müğənni oldu -


Türkiyənin moda siması sayılan serb əsilli İvana Sert müğənniliyə başlayıb.

starxeber.az xəbər verir ki, modelyer "İmalat Hatası" adlı ilk "single"na çəkdirdiyi klipini musiqisevənlərin ixtiyarina verib.

Bəstənin  sözləri Şehrazata, musiqisi Murat Yeterə məxsusdur.  Rejissorluğunu Metin Arolatının etdiyi klip 24 saata çəkilib. Çəkilişlərdə rəqs qrupu da iştirak edib.

İvana çəkiliş zamanı qiymətli daşlarla bəzədilmiş 15 kiloqram ağırlığında paltar geyinib.