» » Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi


Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib. 

starxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyana qalib gələrək finala çıxıb. O, rəqibini 3:0 hesabı ilə məğlub edib.

S.Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.