закрыть
Test

Test2

Daha bir güləşçimiz Avropa çempionu oldu 

İdman 13-fev, 09:37 18
İtaliyanın Roma şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. 

Yığma yarışı 2 qızıl və 4 bürünc mükafatla başa vurub. 


İkinci medal günündə güləşçilərimiz daha 3 dəfə fəxri kürsüyə qalxıblar. Rafiq Hüseynov 9 ildən sonra ikinci dəfə qitə çempionu tituluna yiyələnibsə, Murad Bazarovla Ülvü Qənizadə 3-cü yeri tutublar.  


Avropa çempionatı
Yunan-Roma güləşi

60 kq

İtaliyalı Yakopo Sandrona qalib gəlib, erməni Qevorq Qaribyana uduzan Murad Bazarovun sonuncunun finala yüksəlməsi səbəbindən təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, Avqustin Boyanov Spasovla (Bolqarıstan) dueldə rəqibinə heç bir şans verməyib. 9:1 hesabı ilə qalib gələn Bazarovun bürünc medal uğrundakı rəqibi estoniyalı Helari Miqisalu olub. Güləşçimiz bu dəfə də asan qələbəyə sevinib. Rəqibini vaxtından əvvəl məğlub edən (9:0) Bazarov bürünc medala yiyələnib.

72 kq

Ülvü Qənizadə də Stoyan Stoyçev (Bolqarıstan) üzərində qələbədən sonra almaniyalı Frank Staeblerə məğlub olduğu üçün çıxışını bürünc medal uğrunda davam etdirəcək. O, Staebler finala yüksəldiyindən təsəlliverici görüşdə mübarizə aparıb. Anatoli Popovla (Moldova) üz-üzə gələn həmyerlimizə qələbə üçün cəmi 2 dəqiqə kifayət edib - 8:0. O, 3-cü yer uğrunda görüşdə rusiyalı Adam Kurakla münasibətlərinə aydınlıq gətirib. İlk hissədə 0:1 hesabı ilə geri düşən Qənizadə yekunda 3:1 hesablı qələbə qazanıb və bürünc medala layıq görülüb.

82 kq

Onlardan fərqli, Rafiq Hüseynov final qarşılaşmasına çıxıb. Tirone Sterkenburq (Niderland), Boqdan Kurinnoy (İsveç), Çiro Russonu (İtaliya) məğlub edən pəhləvanımız həlledici görüşdə Daniel Tixomirov Aleksandrovla (Bolqarıstan) üz-üzə gəlib. 9 ildən sonra finala vəsiqə qazanan güləşçi rəqibini məğlub edərək, ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. 

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl və 4 bürünc medalla başa vurub. Komandamızın heyətində bir gün öncə Sənan Süleymanov (77 kq) çempion tituluna yiyələnib, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) üçüncü yeri tutub. 
 
///Apasport.az
Oxşar xəbərlər

SON XƏBƏRLƏR