» » Sərdar yeni sevgilisindən danışdı:


Müğənni Sərdar Ortaç məkanlardan birindən çıxarkən yeni sevgilisi Seçillə görüntülənib.

starxeber.az axşam.az-a istinadən bildirir ki, ifaçı yeni eşq yaşamağa başladığı sevgilisi haqqında ilk dəfə jurnalistlərin suallarını cavablandırıb. O, Seçili çoxdan tanıdığını bildirib:

"10 ildir bir-birimizi tanıyırıq. Birlikdə mahnı hazırlamışıq. Tez-tez görüşmüşük. Xasiyyətimi yaxşı bilir. Bu da xoşuma gəlir. İkimizin də fikirləri eynidir. Hələ ki, hər şey yaxşıdır".

Qeyd edək ki, sənətçi 6 ay əvvəl model Xloe Louqnandan ayrılıb.