закрыть
Test

Test2

Siqaretin qiyməti qalxacaq - Aksiz dərəcəsi artırıldı -  RƏSMİ

Sosial 18-fev, 07:45 12
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
 
///APA
Oxşar xəbərlər

SON XƏBƏRLƏR