» » Bu gün Sumqayıtda su olmayacaq


Bu gün  Sumqayıtın bir sıra ərazilərinə içməli suyun verilməsində saat 09:00-dan 17:00-dək məhdudiyyətlər olacaq.


starxeber.az-ın məlumatına görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatı ilə təmin edən 450 millimetrlik su boru xəttində yaranan problemlə əlaqədar olaraq 16, 17, 18-ci mikrorayonlarda, 48-ci məhəllədə, Corat qəsəbəsi və Bağlar massivinin bir hissəsində suyun verilişi dayandırılacaq.

Yaranacaq fasiləyə görə Sumqayıt Sukanal İdarəsi əhalidən üzr istəyir.