» » Kişini avtomobilin baqajına qoyub, diri-diri yandırdılar


Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

starxeber.az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Hatay vilayətində yanmış avtomobilin baqaj hissəsindən kişi meyidi tapılıb.

32 yaşlı kişini avtomobilin baqaj hissəsinə qoyub, diri-diri yandırıblar. Hadisəni kimin və ya kimlərin törətdiyi məlum deyil.

Hadisə ilə bağlı cinayət işi açılıb. İlkin məlumata görə, 1 şübhəli saxlanılıb.
 
Qeyd edək ki, diri-diri yandırılan şəxsin adı Mehmet Kıssadır.