» » Xalq artisti Röya gənc müğənniyə “Gəlmə yaxınıma” dedi - VİDEO


Xalq artisti Röya Ayxan və müğənni Yaşar Çəlilov yeni duet layihələrini təqdim ediblər. 

starxeber.az  xəbər verir ki, hər iki məşhur bu dəfə “Gəlmə yaxınıma” adlı mahnını ifa edib. Sözügedən bəstənin sözləri Leyli Erol İsrafilova, musiqisi Pərviz Mahmudova, aranjimanı Tərlan Məmmədhüseynova məxsusdur. Röya və Yaşar  “Gəlmə yaxınıma” klip də çəkdiriblər. 

Onlar bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər. Layihənin baş prodüserləri Vüsal Rzazadə və Vüsalə Kərimovadır. 

Klipdə R.Ayxanın üzərində stilist Elnur Həsənov çalışıb.