» » Pərviz "Survivor"da qalib oldu, amma...


“TV8” kanalında yayımlanan Türkiyənin məşhur “Survivor” yarışmasında iştirak edən həmyerlimiz, kikboks üzrə dünya çempionu Pərviz Abdullayev bugünki buraxılışda yüksək nəticə göstərib.

Rəqib komandanı cəldliyi və dəqiqliyi ilə məğlub edən Pərviz komandasına yemək də qazandırıb.

“Survivor” müsabiqəsinin tarixində bir ilk də yaşanıb. Yarışmaya 3 nəfər birdən vida edib.

“Ünlülər” komandasından olan Uğur Pektaş və Şaziye İvegin Üner dizlərindəki zədəyə görə, “Gönülülər” komandasından isə Makbule Karabudak çox səs toplayaraq müsabiqədən uzaqlaşdırılıblar.


///axsam.az