закрыть
Test

Test2

Fəhlə hündürlükdən yıxılaraq öldü 

Sosial 19-fev, 18:31 19
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində fəaliyyət göstərən satış obyektlərindən birində qeydə alınıb. 


Belə ki, həmin obyektdə fəhlə işləyən Biləsuvar rayonunun Bəydili kənd sakini, 1987-ci il təvəllüdlü Hüseyn Əlimusa oğlu Mirzəyev hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR