» » Ekşteyn: "Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm"


"Səbail" klubunun futbolçusu Hendrik Ekşteyn futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda "Sabah"la keçiriləcək oyun barədə fikirlərini açıqlayıb.

starxeber.az xəbər verir ki, klubun rəsmi saytına danışan cənubi afrikalı yarımmüdafiəçi meydana qələbə üçün çıxacaqlarını deyib.

29 yaşlı futbolçu bildirib ki, 3 xal qazanmaq üçün əllərindən gələni edəcəklər: "Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odur ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah"
çətin rəqibdir, lakin qələbə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, fevralın 23-də keçiriləcək "Sabah" - "Səbail" qarşılaşması saat 16:00-da başlayacaq.