» » Gələn həftədən Novruz çərşənbələri başlayır


Bu il İlaxır çərşənbə martın 17-nə təsadüf edəcək

Növbəti həftədən Azərbaycanda Novruz bayramına hazırlıq başlayır. Belə ki, bayramın ilk çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.

Martın 3-də Od, martın 10-da Yel, ayın 17-də isə İlaxır  - Torpaq çərşənbəsi qeyd ediləcək. 

2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.