закрыть
Test

Test2

Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi 

Maqazin 29-fev, 10:50 21
Türkiyənin məşhur müğənnisi Gülben Ergen koronavirus səbəbindən məhkəmədə iştirak edə bilməyib.

Sənətçi bu gün İstanbul Çağlayan Məhkəməsində keçiriləcək prosesdə iştirak etməyib.

Onun vəkili Ergenin Ankara səyahətindən qayıdarkən koronavirusa görə təyyarədən enmədiyini və İstanbula gəlmədiyini deyib.
 
O, müvəkkilinin növbəti prosesdə iştirak edəcəyini qeyd edib.
Tərəflərin vəkilləri dinlənildikdən sonra məhkəmə prosesinin növbəti iclası bir həftə sonraya təyin edilib. Əsassız səbəbdən prosesə gəlməyəcəyi təqdirdə müğənninin məhkəməyə zorla gətiriləcəyi bildirilib.

Qeyd edək ki, keçmiş əri Erhan Çelik Gülben Ergeni məhkəməyə verib.

(oxu.az)
Oxşar xəbərlər

SON XƏBƏRLƏR