» » Azərbaycan millisinin rəqibləri bilindi, Türkiyə ölüm qrupunda


Bu gün UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçiriləcək.

starxeber.az saytının məlumatına görə, tədbir Niderlandın paytaxtı Amsterdamda keçiriləcək.


İkinci dəfə təşkil olunan yarışda Avropanın 55 milli komandası mübarizə aparacaq. İştirakçılar ilk turnirdəki nəticələrinə əsasən dörd – A, B, C və D liqalarına bölünüb. Sonuncu dəstədə 7, digərlərində 16 komanda yer alıb.

Püşk bu komandaları ümumilikdə 14 qrupa böləcək. A, B və C liqalarında dörd komandalı 4 qrup olacaq. D liqasında isə bir qrupda 4, digərində 3 yığma qüvvəsini sınayacaq.

Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Millimiz püşkatma zamanı da sonuncu - ən zəiflərin səbətində yer alacaq.

B liqası
1-ci qrup
Rumıniya
Şimali İrlandiya
Norveç
Avstriya

2-ci qrup
İsrail
Slovakiya
Şotlandiya
Çexiya

3-cü qrup
Macarıstan
Türkiyə
Serbiya
Rusiya

4-cü qrup
Bolqarıstan
İrlandiya
Finlandiya
Uels

C liqası
1-ci qrup
Azərbaycan
Lüksemburq
Kipr
Monteneqro

2-ci qrup
Ermənistan
Estoniya
Makedoniya
Gürcüstan

3-cü qrup
Moldova
Sloveniya
Kosovo
Yunanıstan

4-cü qrup
Qazaxıstan
Litva
Belarus
Albaniya

D liqası
1-ci qrup
Malta
Andorra
Latviya
Farer adaları

2-ci qrup
San-Marino
Lixtenşteyn
Cəbəllütariq

A liqası
1-ci səbət: Portuqaliya, Niderland, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya