» » Pərviz “Survivor”da ağladı -


TV8-də yayımlanan “Survivor” yarışmasının iştirakçısı, kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayev bu dəfə ağlamağı ilə gündəmə gəlib.

starxeber.az xəbər verir ki, yarışmanın ötəngünkü buraxılışında “Məşhurlar” komandası qalib gəlib. Onlara mükafat olaraq ailə üzvlərinin fotoları və onlardan gələn mesajlar nümayiş etdirilib.

Pərviz oğulları Yusif və Oğuzxanın fotolarını görəndən sonra göz yaşlarını saxlaya bilməyib.