» » Messi "Barselona"da görmək istədiyi 3 futbolçunun adını açıqlayıb


"Barselona" klubunun aparıcı futbolçusu Lionel Messi yay transfer pəncərəsində komandaya qoşulmasını istədiyi 3 futbolçunun adını açıqlayıb.

starxeber.az "Don Balon" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu komandada 3 mövqeyin güclənməsini istəyir. Bunlar qapıçı, mərkəz müdafiəçisi və hücumçu mövqeləridir.

Yasper Sillessenin mövsümün sonunda böyük ehtimalla komandanı tərk etməsindən sonra qapıçı mövqeyi üçün ən uyğun seçim "Ayaks"ın kamerunlu qolkiperi Andre Onanadır. 23 yaşlı qapıçı 2010-2015-ci illər ərzində "Barselona"nın aşağı yaş komandalarında çıxış edib və klubun sisteminə uyğundur.
Mərkəz müdafiəsi üçün Messinin uyğun gördüyü futbolçu isə "Ayaks"ın şərəfini qoruyan Mattias de Liqtdir. "Barselona" daha əvvəl "Ayaks"dan bu ilin fevralında Frenki de Yonqu transfer edib.

Hücumçular arasında isə namizədlər "Ayntraxt"dan Luki Yoviç, PSV-dən isə İrvinqa Losanodur.