» » Sabah Azərbaycana yaz gəlir


Bu il Azərbaycana yaz fəsli martın 20-də daxil olacaq.

starxeber.az xəbər verir ki, yaz fəslinin ölkəmizə qədəm qoyması sabah yerli vaxtla saat 07:49-a təsadüf edəcək. Bununla da gecə ilə gündüz bərabərləşəcək.

Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.