» » Bakının bu ərazilərində su olmayacaq


Bakının bəzi qəsəbələrində su məhdudiyyətlə veriləcək.

Bu barədə starxeber.az-a "Azərsu” ASC-dən məlumat verilib.


Bildirilib ki, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədar 19 mart 2020-ci il tarixində gün ərzində Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.