» » Eks-ərini həbs etdirmək istədiyi deyilən Lalə səssizliyi pozdu -


Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə illər öncə boşandığı İlham Qafarovdan danışıb.

starxeber.az xəbər verir ki, ifaçı eks-həyat yoldaşının ona böhtan atdığını dilə gətirib:

"Son həssas dönəmlərimdə yanımda olan və ola bilməyən dostlarıma, sənət yoldaşlarıma, əzizlərimə və məni qəlbən sevənlərə dəstəklərinə görə təşəkkür edirəm.

Sizi üzmək istəməzdim. Susmaq haqqımdır. Lakin söhbət övladlarımdan gedirsə, məni üzrlü hesab edin. Övladıma və mənim ünvanıma deyilən yalan və böhtanlara görə göydə Allaha, yerdə isə dövlətimə və qanunlarıma güvənirəm. Bu yerlərə zəhmətimlə və xalqın sevgisi sayəsində gəlmişəm. İllərlə qazandığım şərəf və ləyaqətimi, min biz əziyyətlə böyütdüyüm övladlarıma deyilən təhqiramiz sözlərə görə qanun qarşısında cavab verəcəklər".

Qeyd edək ki, İlham Qafarov ötən gün verdiyi açıqlamada Lalə Məmmədovanın onu həbs etdirmək istədiyini vurğulayıb.