» » Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır


Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır.

starxeber.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihə əsasən, hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif edilir.

Layihə Milli Məclisin martın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.