закрыть
Test

Test2

Koronavirusdan ölən qızın atası danışdı:  “Çox əzab çəkirəm”

Sosial 27-mar, 17:54 15
Türkiyənin İstanbul şəhərində koronavirusdan həyatını itirən qızın atası açıqlama verib.

STARXEBER.AZ HaberGlobal-a istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanada çalışan Dilek Tahtalı koronavirus pandemiyası səbəbindən 24 mart tarixində həyatını itirib.

Tək övladlarını itirən ata İsmail Tahtalı Diləyin vəfatından danışıb: "Dilek bir neçə gün idi ki, öskürək və qızdırmadan şikayət edirdi. Xəstəxanaya apardıq və koronavirus testi edildi. Qızımda pozitiv çıxdı, həyat yoldaşım və məndə isə neqativ çıxdı. Dilek ürək çatışmazlığından əziyyət çəkirdi. Virusa tab gətirə bilmədi, onu itirdik. Tək övladımızı itirdiyimiz üçün əzab çəkirik”.

Dilek ölümündən öncə sosial mediada vəziyyəti ilə bağlı status paylaşıb : "Bir düş artıq qızdırma. Azca olsun yaxamı burax!"

Dilek Tahtalı dünən Amasyanın Bedel kəndində dəfn edilib.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR