закрыть
Test

Test2

Qar geri qayıdır - hava dəyişir XƏBƏRDARLIQ 

Sosial 28-mar, 15:32 17
Sabah dumanlı, yağışlı və küləkli hava gözlənilir
Sabahdan ölkə ərazisində hava yenidən dəyişəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 5-9, gündüz  13-17, Bakıda  gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Martın 29-da Azərbaycanın rayonlarında  arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-9, gündüz  13-18 dərıcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  3-7 dərəcə isti olacaq.
Hava şəraitinin dəyişəcəyi ilə bağlı ötən gün xəbərdarlıq edilib. Xəbərdarlıqda qeyd edilib ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR