» » “Evləndikdən sonra da ata-bala kimi yaşadıq”


"Həyat davam edir" adlı serialda canlandırdığı uşaq gəlin obrazı ilə məşhurlaşan türkiyəli aktrisa, 32 yaşlı Məltəm Miraloğlu ilk dəfə 80 yaşlı amerikalı ərindən danışıb.

starxeber.az musavat.com-a istinadən bildirir ki, aktrisa Amerika mətbuatına müsahibəsində həyat yoldaşı ilə münasibətindən danışıb:

"Amerikaya qohumumun yanına getmişdim. Orada həyat yoldaşımla tanış oldum. O məni qızı kimi sevdiyini dedi və məni övladlığa götürdü. Sonra evləndik. Evləndikdən sonra da ata-bala kimi yaşadıq".

Qeyd edək ki, bir müddət öncə Məltəm ərindən boşanmaq üçün məhkəməyə müraciət etdiyini açıqlamışdı.