» » Metroda sıxlıq yarandı


Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib.

starxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir.

Belə ki, metro səhər saatlarından 7-dən 9-a kimi işləyəcək. Artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb.

Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır.