» » Naxçıvanda koronavirus yoxdur -


"Naxçıvanda koronavirusa yoluxma qeydə alınmayıb".

starxeber.az Modern.az-a istinadən xəbər verir ki, bunu Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn İsgəndərov bildirib.

H.İsgəndərov qeyd edib ki, Naxçıvana giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:

“Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın hər yerində, Naxçıvanda, Şərurda, Ordubaddakı bütün təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə virusa qarşı dezinfeksiya işləri aparılır. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər”.

Nazirlik rəsmisi yoluxma halı olmasa belə, karantin üçün Qarxun kəndində xəstəxana ayrıldığını bildirib. H.İsgəndərov eyni zamanda bəzi qurumların əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışdığını, bəzi nazirliklərin, o cümlədən Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və s. kimi qurumların əməkdaşlarının isə hələ ki, işləmədiyini vurğulayıb.