» » Azərbaycanlı aparıcı koronavirusa tutulması ilə bağlı danışdı


Xəbər verdiyimiz kimi aparıcı Firəngiz Cəlilovanın koronavirusa yoluxması haqqında məlumatlar yayılıb.

starxeber.az xəbər verir ki, aparıcı onun haqqında çıxan xəbərlərə səxsi instaqram hesabında aydınlıq gətirib:

"Dostlar, mən Koronavirusa yoluxmamışam. İnsanlar statusumu tam oxumayıb. Yazmışam ki, koronavirusa yoluxmağınız barədə status yazmaq istəmirsinizsə, evdə qalın. İnsanlar hələ də koronavirusun ciddiliyini anlamayıb. 

Boş-boş küçədə gəzirlər, evlərdə toplaşıb partilər keçirirlər, məhəllələrdə gecə ikiyə kimi tum çırtlayıb, söhbət edirlər. Bunlar yol verilməzdir. Ölüm hallarının artmaması üçün evdə qalmalıyıq. Mən də evimdə karantin dövrünü keçirirəm.

Hindistanda insanları döyə-döyə evdə qalmağa məcbur edirlər. Başqa ölkələrdə pul cərimələri var. Hətta sərt çıxışlarla, söyüşlərlə insanları başa salmağa çalışırlar. Sosial şəbəkələrdə paylaşılan İtaliya rəsmilərinin sərt çıxışları, Hindinstana insanların döyülməsi, hər gün artan ölüm faktları insanlara təsir etmir? Xahiş edirəm ki, hamı evdə qalsın, məcbur olmadıqca evdən çıxmasın".